ABŞ-ın Missisipi ştatında yaşayan Lenetra Rid belə deyir.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 39 yaşlı Linetra ötən ilin noyabrından bəri idmanla məşğuldur. O, fitnes təlimatçısı Frenk Harbinin rəhbərliyi ilə məşq edir.
Səbəb Linetranın ifrat izafi çəkidən qurtulmaq istəyidir.
Ötən ilin noyabrında çəkisi 286,9 kq olan Linetra məşqlər sayəsində artıq 19 kq arıqlayıb.
Məşqçinin dediyinə görə, Linetra çox iradəli, inadkar və qətiyyətlidir.
F.Harbin məşq günlərindən birində çəkilmiş videonu Facebook səhifəsində paylaşandan sonra Linetra Rid qısa müddətdə məşhurlaşıb. Videoya 52 milyon dəfə baxılıb, 1 milyon insan videonu şərh edib.
Şərhlərin tam əksəriyyətində Linetraya dəstək verilir.
Linetra isə arıqlamaq qərarının qızı ilə bağlı olduğunu deyib.
"23 aylıq qızımı düşündüm. Köklükdən ölsəm, ona baxacaq, onu böyüdəcək insan yoxdur. Qızıma görə arıqlamaq, izafi çəkidən qurtulmaq fikrindəyəm", - Linetra Rid deyib.