Qadin.NET / Unun qiymətləri qalxdı?

Unun qiymətləri qalxdı?

Unun qiymətləri qalxdı?


Son vaxtlar bölgələrdə unun qiymətində artım müşahidə olunur.

 Qadin.Net teleqraf-a istinadla xəbər verir ki, 50 kiloqramlıq kisədə 2-3 manat artım var..

Yevlaxda alıcılar deyirlər ki, son 10-15 gündə un bahalaşıb. Onların sözlərinə görə, 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manat 50 qəpik- 2 manata yaxın artım müşahidə edilir.

Satıcılar isə qiymət artımını un firmalarının üzərinə atırlar, məhsulu baha aldıqları üçün baha satmağa məcbur olduqlarını deyirlər.

Zaqatalada da unun qiymətində 2 manata yaxın artım var. Satıcıların sözlərinə görə, qiymətlər 1 həftə əvvəl qalxıb.

Un Qubada da bahalaşıb. 50 kiloqramlıq un kisəsinin qiymətində 2 manat, bəzilərində isə 3 manata yaxın artım var.

Rayonda fəaliyyət göstərən un istehsalı müəssisələrindən də bildiriblər ki, taxıl bahalaşdığı üçün bu, unun da qiymətinə təsir edib.

3 yanvar 2019
GO BACK