2015-ci ildə Selin Ortaçlı ilə toyu olan tanınmış komediya ustası Şahan Gökbahar öz qaydalarını pozub. O, ilk dəfə uşaqlarının üzünü göstərib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Şahan ötən gün uşaqları Efe və Ela ilə barəbər olan ilk fotosunu İnstaqram hesabından paylaşıb.
Sosial media hesablarında uşaqlarının üünü göstərməyən tanınmış komediya ustası ilk dəfə öz qaydasını pozub.
Yeni ili ailəsi ilə evində keçirən Gökbahar ailəlikcə qırmızı sivet geyindiyi fotosunda "Gökbaharlar yeni ilini təbrik edir əziz Türkiyəm. Bu il sağlamlıq, xoşbəxtlik və dinclik olsun. Sevgi ilk yolumuz olsun" yazıb.