Türkiyənin məşhur aktyoru Ali Erkazan özündən 23 yaş kiçik sevgilisi Çağlar Kılıç ilə Kanal D-də yayımlanan "2-ci səhifə" proqramında qonaq olub.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Erkazan 4 illik nişanlısına canlı yayımda evlilik təklifi edib.
Ali Erkazan sevgilisi ilə tanışlıq hekayələrini də canlı yayımda danışıb:
"Çağları bir dostun məkanında gördüm. Sonra yeməyə dəvət etdim.
O yeməkdə mənim içimə bir istilik hopdu. 2 gün sonra onu Adaya dəvət etdim. Gecə orada qaldıq. Onun gözlərinə baxa-baxa şeir oxudum.
Ona bir təklif etdim. Mənə düşünəcəyini söylədi. 8 ay düşündü.
Mən tələsməsəydim, hələ də düşünürdü.
Yaş fərqini mən heç dərd etmədim. Əvvəl də belə bir münasibətim olmuşdu. Mən həyatımda heç bir zaman detallarla maraqlanmadım.
Hisslər ön plana keçincə, problem kimi görünən şeylər öz-özünə yoxa çıxır".