Türkiyəli müğənni Aylin Coşkun "Yok artık" mahnısının klip çəkilişləri üçün Taylanda səfər edib.
Qadin.Net ölkə.az-a istinadən bildirir ki, çəkiliş zamanı müğənni ölümdən dönüb. Coşkun çəkiliş vaxtı okeanda fırtına ilə üzləşib.
Hadisə Taylandın Phuket adasında baş verib. Təbiət hadisəsi çəkiliş meydançasında qəribə hadisələrə səbəb olub. Müğənni senariyə uyğun olaraq okeanın ortasında tək qalıb. Bu zaman şahə qalxan dalğa Aylinin qulağına təzyiq edib və müğənni bir müddət eşitmə qabiliyyətini itirib. Çəkilişlərə fasilə verilsə də, bədbəxt hadisələr bir-birini izləyib.
Ertəsi gün isə okeanda Aylin qayıqla fırtınaya düşüb. Onu ölümdən yerli sakinlər son anda xilas ediblər.