Qadin.NET / Britaniya əcaib sualların siyahısını paylaşdı: Polşada vampirlər

Britaniya əcaib sualların siyahısını paylaşdı: Polşada vampirlər

Britaniya əcaib sualların siyahısını paylaşdı: Polşada vampirlər


Britaniya XİN belə əcaib sualların siyahısını yayımlayıb.

Qurum bununla telefon xəttinin təcili köməyə ehtiyac olunan zaman istifadə edilməsinin vacibliyini xatırladıb.

Köməklə bağlı Britanya XİN-in qaynar xəttinə 330 mindən çox zəng gəlib.

Niderlanddan "Cəsur ürək" filminə baxan bir nəfər zəng edərək filmdəki səhnələrlə bağlı suallar verib.

Kanar adalarından zəng edən britaniyalı isə xahiş edib ki, küçə pişiyi onun yatağını batırdığı üçün XİN qaldığı oteli onun yerini dəyişdirməyə razı salsın.

ABŞ-dan zəng edən biri soruşub ki, İngiltərədə yayımlanan 'Strictly Come Dancing' adlı rəqs yarışmasında əvvəlki gecə kim uduzub.
2018-c ildə Britaniya XİN-in əməkdaşları xəstəxanaya aparılan 3400 xəstənin, həbs edilən 4900 vətəndaşı ilə maraqlanıb.O cümlədən, qurum 29 mindən çox müvəqqəti səyahət sənədləri ilə məşğul olub.Xarici İdarə onlara yönəldilən bəzi qəribə sualları da açıqlayıb:

Britaniya Xarici İdarə sözçüsü deyib: "Mən təəssüflə deməliyəm ki, Xarici İdarə vampirlərlə, yaramaz küçə pişikləri və ya rəqs yarışması ilə bağlı məsləhət vermək imkanında deyil".O bildirib ki, vegetarian kolbasa da satmırlar."Əgər siz xarici ölkədə fövqəladə vəziyyətlə üzləşsəniz, yaxınlıqdakı Britaniya səfirliyinə, Yüksək Komissiyaya müraciət edin və bizim əməkdaşlar sizə kömək edəcəklər", XİN rəsmisi bildirib.

1 yanvar 2019
GO BACK