İranın IRIB dövlət televiziyasıın direktoru "Sondzükuda hadisə" bədii filminin öncədən senzuradan keçirilmədən efirə buraxılmasına görə vəzifəsindən uzaqlaşdırılıb.
Qadin.Net telegraf-a istinadən xəbər verir ki, baş rolda Ceki Çanın çəkildiyi filmdə Yaponiyada Çindən gəlmiş qanunsuz miqrantların taleyindən bəhs edilir. Bu, Şərq döyüş növlərinin mahir ustası olan aktyorun yataq səhnəsində çəkildiyi iki filmdən biridir.
IRIB-in başçısı Əli Əsgəri baş vermiş hadisə ilə bağlı araşdırmanın aparılmasına göstəriş verib. "Günahkarları tapmaq və müvafiq orqanlara təhvil vermək lazımdır. Biədəb səhnə qaydalarımıza ziddir", - dövlət televiziyasının məlumatında deyilir.