Qadin.NET / Dünya ölkələrində qeyri-adi yeni il adətləri

Dünya ölkələrində qeyri-adi yeni il adətləri

Dünya ölkələrində qeyri-adi yeni il adətləri


Yeni ilin gəlişi müxtəlif ölkələrdə müxtəlif formalarda qeyd edilir.

Qadin.Net teleqraf-a istinadən bir sıra ölkələrdəki qeyri-adı yeni il adətlərini təqdim edir:

Danimarka - Boşqab qırma, Yüksəklikdən tullanma

Danimarkada hər il dekabrın 31-nə qədər istifadə edilməyən boşqablar toplanılır və yeni ilə gəlişi zamanı yaxınlarla birlikdə sındırılır.

Yüksək bir yer tapa bilməyəndə stulun üstünə çıxıb tullanırlar.

Ekvador - Bostan müqəvvasının yandırılması

Bu ölkədə yeni il axşamı bostanlarda quşları qorxutmaq məqsədilə qurulan müqəvvalar və keçən ildən qalan fotoşəkillər yandırılır.

İspaniya - 12 növ üzüm yemək

Gecə yarısı 12 növ üzümdən yeməyə başlayan ispanlar bunun onlara uğur gətirəcəyini düşünürlər.

Filippin - Dairəvi yeməklər

Bu ölkədə yaşayan insanlar dairəvi formada olan təamların uğur gətirdiyinə inanaraq yeni il axşamı yumruşəkilli qidalar qəbul edirlər.

Cənubi Amerika - Rənbərəng altpaltarları

Cənubi Amerikada yaşayan bəzi insanlar rəngli altpaltarlarının onların taleyinə təsir edə biləcəyinə inanırlar.

Yaponiya - Zənglər

Buddizmə inanan çinlilər yeni il axşamı zəngləri 108 dəfə eyni vaxtda çalırlar. Bunun onlara saflıq gətirəcəyini düşünürlər.

Peru - Takanakuy festivalı

Hər il Perulular eyni adlı kəndə gedərək biri-birilərini yumruqlayırlar.

İsveçrə - Dondurma atma

İsveçrəlilər yeni ilə qədəm qoyanda yerə dondurma atırlar.

Ruminiya - Qəpik fırlatmaq

Rumınlar yeni il axşamı qəpik ataraq onun hansı tərəfinin düşəcəyini yoxlayırlar.

Portoriko - Bir vedrə su…

Bu ölkədə yaşayan insanlar yeni il axşamı küçəyə bir vedrə su atırlar.

Belçika - İnəklər…

Belçikalılar inək alaraq yeni ili onlarla birlikdə keçirirlər.

Boliviya - Şirniyatın içinə pul qoymaq, Çamadan gəzdirmək

Bu pul kimin payına çıxarsa, yeni il ona düşərli olur.

Bu ölkənin sakinləri bayram günü yanlarında çamadan daşımağın daha çox səyahət imkanı gətirdiyini düşünürlər.

Fransa - Pankek şirniyyatı

Fransızlar hər yeni il axşamı bu şirniyyatdan hazırlayırlar.

Tayland - Su atmaq

Bu adətin onlara uğur gətirdiyinə inanırlar.

Çili - Qəbirstanlıqda yatmaq

İtirdikləri yaxınlarının qəbri üstünə gedib gecəni onlarla keçirirlər.

Rumıniya - Heyvanlarla danışmaq, çörəyi divara çırpmaq

Yeni il günü heyvanlarla danışmağa çalışan rumınlar bunu bacararlarsa, yeni ilin uğursuz olacağına inanırlar. Həmçinin çörəyi divara çırpmaqla mənfi enerjidən azad olacaqlarını düşünürlər.

Cənubi Afrika - Əşya atmaq

Cənubi afrikalılar həmin gecə köhnə əşyalarını pəncərədən atırlar.

Sibir - donmuş su

Sibirdə olan insanlar yeni il axşamı buzlu suya girirlər.

Finlandiya - Metal tökmək

Əridilmiş metalı suya tökərək alınmış füqurun mənasını yozurlar.

Panama - Gəlincik yandırma

Onlar bununla şans əldə etdiklərini düşünürlər.

Şotlandiya - İlk qonaq

Yeni ildə evə ilk addım atanın o ev üçün uğurlu olduğuna inanılır.

Estoniya – Yeddi dəfə yeməkyemə

Estonlar bolluq gətirməsi üçün həmin gün yeddi dəfə yemək yeyirlər.


31 dekabr 2018
GO BACK