Qadin.NET / Bayram günü HAVA necə olacaq?

Bayram günü HAVA necə olacaq?

Bayram günü HAVA necə olacaq?


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində dekabrın 31-də - Yeni il gecəsində gözlənilən hava proqnozunu açıqlayıb.

Departamentdən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə çiskinli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun 2-4° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında qar yağacağı proqnozlaşdırılır. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2-5°, dağlıq ərazilərdə 8-10° şaxta olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu 3-8° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində havanın çiskinli olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.

30 dekabr 2018
GO BACK