Mişel de Notr-Damı daha çox Nostadamus kimi tanıyırıq. Bu şəxs 16-cı əsr fransız siyasi xadimlərinin ailəsinin sevimlisi sayılırdı. Hətta hakim təbəqə onun xidmətlərindən geniş şəkildə faydalanırdılar. Fransa öncəgörücüsü, çox məşhur fiqur olan yəhudi Nostradamusun 2019-cu il haqda dedikləri isə tük ürpədir.
Qadin.Net Publika-ya istinadən xəbər verir ki, bəzi şifrələnmələrdən belə məlum olub ki, Nostradamus 2019-cu ildə dünyanın sonunun gələcəyinə işarə edib.
Bu il həmçinin planetlərin yürüşü də baş verməlidir. Günəş şir və dolçanın kəsişməsində çıxacaq. Bu isə bir sıra qəzalara, ən əsası yer üzündə yaşayan canlıların məhvinə səbəb olacaq.
Bu iddia bir sıra iradlarla qarşılanıb. Çünki adıgedən hadisə hər 20 ildən bir baş verir. Lakin Nostradamus qeyd edir ki, günəş sistemi qalaktika oxundan keçəcək. Bu prosesə isə 26000 ildə bir rast gəlinir.
Hadisə 2019-cu ilin 29 noyabr tarixində baş verəcək. Bu ən gözəl və ən təhlükəli kosmik hadisə olacaq. Yer kürəsinin temperaturu dərhal yüksələcək. Bütün planetdə dəhşətli vulkanlar püskürəcək, fırtınalar qopacaq.
Amma üzülməyin elm xadimləri bu proqnozun həqiqətə uyğun olmadığını bildirirlər.