Almaniyanın Hamburq şəhərinin sakini, özünü "Dorte L" kimi təqdim edən qadın məşhur "eBay" internet-auksionunda öz ərini satışa çıxarıb.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, "İşlənmiş ər" adlı lotun qiyməti cəmi 18 avrodur.
40 yaşlı qadın əlavə edib ki, 7 ildir ərdədir. Onun fikrincə, münasibətləri adiləşib və əri ilə o, artıq "bir-birinə məxsus deyillər".
"Dorte L" əri ilə maraqlananlardan onunla elektron poçt vasitəsilə əlaqə yatarmağı xahiş edib. Qadının sözləinə görə, pulu ödəməmişdən əvvəl arzu edənlər ərini Yeni il bayramı üçün "kirayə" götürə bilərlər.
Alman qadın çoxlu emosional rəy aldığını bildirsə də, hələlik konkret təklif almadığını deyib. Sonradan "Dorte L" hərəkətini belə izah edib ki, sadəcə, əylənmək istəyirmiş və əslində, ərini satmaq fikri yoxdur. Satışa qoyulmuş kişiyə gəlincə, elan haqqında o, ilk dəfə mətbuatdan xəbər tutub.