Qadin.NET / Əkiz qardaşların kino kimi taleyi hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO

Əkiz qardaşların kino kimi taleyi hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO

Əkiz qardaşların kino kimi taleyi hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO


Əkizlərlə bağlı faktlar həmişə maraq doğurur. Amma diqqətinizə çatdırcağımız hadisə istər-istəməz Hindistan kinematoqrafını xatırladır.

ABŞ-ın Ohayo ştatından olan əkiz qardaşlar dünyaya gəldikdən bir neçə həftə sonra hər iki valideynlərini itiriblər. Bu faciədən bir müddət ötdükdən sonra isə onları müxtəlif ailələr övladlığa götürüb. Beləliklə, körpələr bir birindən ayrı düşür.

İndi isə ən maraqlısı. Uşaqların yeni ailələrində, bir birinin planlarından bixəbər, onlara eyni ad - Ceyms adı verilir. Oğlanlar böyüyüb hər ikisi hüquq sahəsini seçir və ali savada yiyələnir. Bir birinin mövcudluğundan xəbərsiz əkizlərin gözəl əl qabiliyyəti də olub: boş vaxtlarında onlar dülgərliklə məşğul olublar. Vədə yetişdikdə qardaşlar ailə qurublar: hər ikisinin seçdiyi qadının adı Linda olub. Allah onlara gözəl övladlar nəsib edib. Birinci qardaş oğlunun adını Ceyms Alan qoyub. Digər qardaş isə... Bəli, o da məhz bu adı seçib. Lakin qardaşların ailə həyatı uğursuz alınıb. Hər ikisi həyat yoldaşlarından ayrılıblar. Amma tənhalıq uzun sürməyib. Əkizlərin seçimi yenə də təəccüb doğurmaya bilməz: onların yeni həyat yoldaşlarının hər ikisinin adı Betti olub. Hətta saxladıqları itə də əkizlər eyni ləqəb veriblər - Toy... Oxşarlıqlar bununla bitmir və kifayət qədərdir. Nəhayət, 40 yaşında ikən tale qardaşları üz-üzə gətirir. Həyatlarının bu dərəcədə bənzərliyi hətta onların özlərini də heyran qoyub.

Bəziləri yenə də "təsadüfdür" söyləyəcəklər. Amma "təsadüflər" çələngi təsadüfdürmü?

29 dekabr 2018
GO BACK