2010-cu ildə "Miss Universe" gözəllik müsabiqəsində İrlandiyanı təmsil edən Rozanna Parsel İnstaqramda yeni fotolar paylaşıb.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, Rozanna fotoları "əslində heç kəs qüsursuz deyil" başlığı ilə paylaşıb. İrlandiyalı gözəl ayaqlarındakı sellülit və çatları paylaşıb. Fotolar böyük marağa səbəb olub və Rozanna öz bədənlərindən məmnun olmayan, bu səbəbdən özgüvənini itirən qadınlara dəstək olmağı hədəflədiyini bildirib.
"İlk dəfə 11-12 yaşımda ayaqlarımda çatları aşkar etdim. Elə düşündüm ki, pişik məni cırmaqlayıb və belə olub. Uzun müddət sonra isə çatların pişik cırmağından yox, bədənində yarandığını başa düşdüm. İndi belə fotoşopsuz fotoları nadir hallarda görürsünüz", - deyə yazıb.
Rozanna qeyd edib ki, belə çat və sellülit istənilən insanın bədənində yarana bilər.