Ceni Stefien adlı gənc qadın 10 il əvvəl dünyasını dəyişən atasının onu toyunda müşayət etməsini istədi.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, Ceninin atası 10 il əvvəl dünyadan köçüb və ölərkən ürəyini xəstə bir adama bağışlamışdı. Mayklın ürəyi illərdir uyğun orqan gözləyən Artur Tomas üçün ümid işığı olmuşdu.
Artur əməliyyatdan sonra Mayklın qızı Ceniyə təşəkkür məktubu yazdı və tərəflər məktublaşmağa başladılar. Ceni bu müddət ərzində nişanlanmışdı və Arturu görmək istəyirdi.
"Atamın ölümündən sonra Arturla məktublaşmağa başladım. Bir ara bunu atamla yaşadığım xatirələrə xəyanət etdiyimi düşünsəm də, sonradan atamın da bundan xoşbəxt olacağını və Arturu nə qədər çox istədiyimi anlayıb fikrimdən daşındım. Sonra nişanlandım və məni toyda kimin müşayət edəcəyini düşündüm", - deyə qız bildirib.
Ceni ailəsinin də dəstəyi ilə Artura məktub yazdı və özəl günündə yanında olub-olmaq istəmədiyini soruşdu. Artur təklifi göz yaşları içində qəbul etdi və toy günü Ceninin yanında yerini aldı. Ceni ölən atasını yanında hiss etməyin əla bir hiss olduğunu bildirdi.