Hindistanda kənd camaatı mutasiayaya uğramış uşağı Allahın elçisi elan edib.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, Hindistanın Çxattisqarx ştatının Bilaspur vilayətində 3 qollu qız uşağı dünyaya gəlib.
Noyabr ayının 2-də Radhika Sahu adlı qadın 3 qollu uşaq doğub. Onun 3-cü qolu sinəsinə birləşik halda olub.
Qızın 3 qollu olması bütün kəndə yayılıb və kəndlilər onu müqəddəs şəxs hesab ediblər. Hətta bəziləri onun Allah olduğunu düşünərək ona ibadət belə ediblər.
Qızın 3 qolu olsa da, onun sağlamlığı ilə bağlı hər hansı problemi yoxdur.
Həkimlər qızın ailəsinə əməliyyatla onun qolunun birini kəsməyi məsləhət görüblər.