26 yaşlı siyasət yazarı və şərhçi ötən gün dünyasını dəyişib.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, Bre Paytonun dostlarının dediyinə görə o "donuz qrpininə" yoluxub.
Bir gün əvvəl "donuz qripi" diaqnozu qoyulan yazar cümə günü San-Dieqo xəstəxanasında vəfat edib. O, Vaşinqtonda doğulub.
H1N1 virusuna yoluxan yazar "Mühafizəkarlar partiyası"nın qatı tərəfdarı olub.
Yazarın kolleqaları və yaxınları Paytonun ölümündən şoka düşdüklərini bildiriblər. Onlar qızın ailəsinə dəstək olmaq üçün pul toplayıblar.
Qeyd edək ki, sonuncu dəfə FOX tv kanalında çıxış edən Payton Trampın "saxta xəbər" adlandırdığı informasiyaları qınayıb.