"Siyah beyaz aşk" serialı final etdikdən sonra saçlarını qısa kəsdirən aktrisa Bircə Akalay bunun səbəbini açıqlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, hər zaman uzun saçda görməyə alışdığımız Bircənin 8 aydır qısa saçda olması hamının marağına səbəb olmuşdu.
Bu barədə dərgilərdən birinə danışan aktrisa nənəsinə bənzəmək üçün saçlarını kəsdirdiyini bildirib:
"8 aydır bu haqda danışılır. Nənəmin keçmiş şəkillərinə baxıb saçımı kəsdirmək istəyirdim. Amma layihələrə görə bunu edə bilmirdim".
Qeyd edək ki, Akalay hazırda "Ağlama Anne" ekran işində oynayır.