Qadin.NET / Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO

Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO

Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO


Dünyanın dörd bir tərəfində gözəllik müsabiqələri keçirir.

Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, oxucularına bu müsabiqələrdə baş verən qalmaqalları toplayıb. Bir çox səbəbdən bəzi gözəllərin tacı əlindən alınıb. Bəzi gözəllər isə məhkum olub.

1.Əsl gözəl başqası çıxdı

2015-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Miss Universe" müsabiqəsində qalibin adını səhv elan ediblər. Müsabiqədə birinci yeri kolumbiyalı Ariadna Qutierrezin tutduğu elan edildi. Əslində isə birinci seçilən Pia Alonzo Vurtzbax idi.

2.İş adamları ilə əlaqəsi üzə çıxdı

"Miss Venesuela" gözəllik müsabiqəsi bəzi gözəllərin pul qarşılığında iş adamları ilə cinsi əlaqəyə girdiyi üçün təxirə salınıb.

3.Narkotik maddə istifadəçisi

2006-cı ildə "Miss USA" müsabiqəsində birinci olan Tara Konnerin narkotik maddə istifadəçisi olduğu üzə çıxdı. Donald Tramp Taranın reabilitasiya prosesində tacının onda qalacağını bildirib gözələ ikinci şans verdi. Sonradan keçirilən "Miss Universe" müsabiqəsində Konner beşinci oldu.

4.Trans olduğu üzə çıxdı

"Miss Universe Canada" müsabiqəsində Cenna Talaçkovanın trans olduğu üzə çıxdı və yarışdan uzaqlaşdırıldı

5.Seks kasetləri ortaya çıxdı

2009-cu ildə "Miss USA" qalibi olan Kerri Prejinin sonradan seks kasetləri üzə çıxdı. Bu hadisədən sonra gözəlin tacı əlindən alındı.

6.Bakirə olmadığı üçün tacı alındı

1983-cü ildə Türkiyə gözəli seçilən Hülya Avşarın əvvəlcə bir dəfə ərdə olduğu və bakirə olmadığı üçün tacı əlindən alındı.

7.Narkotik maddə alverçisi

Latın Amerikasından olan Laura Zuniqa 2008-ci ildə sevgilisi ilə narkotik maddə qaçaqmalçılığı ilə məşğul olduğu üçün həbs edildi.

8.Əsl yaşı üzə çıxdı

2014-cü ildə "Miss Delaware" namizədi olan Amandanın əsl yaşı üzə çıxdı. Məlum oldu ki, Amanda 17-24 yaş arasında deyil və bu səbəbdən tacı əlindən alındı.

9.Terrorçu çıxdı

2014-cü ildə "Miss Amerika" müsabiqəsinin qalibi olan Nina Davuluriyə qarşı irqçi bir kampaniya başladı. Nina terrorçuluqda ittiham edilirdi.

10.İnternetdə çılpaq fotoları yayıldı

2006-cı ildə "Miss Nevada" müsabiqəsinin qalibi olan Keti Riizin internetdə çılpaq fotoları yayıldı. Bu hadisədən sonra onun tacı əlindən alındı.

11.Adını səhv elan etdilər

2015-ci ildə Türkiyədə keçirilən gözəllik müsabiqəsində aparıcı Kadir Doğulu səhv adı elan etdi. 4-cü seçilməyən namizəd podima tacla birlikdə çıxdı. Qısa müddət sonra isə tac gözəlin əlindən alındı.

12.Çəkisinə görə tənqid edildi

1996-cı ildə "Miss Venesuela" qalibi olan Alisiya Maçado kökəldiyi üçün tənqid edildi. Onun tacının "Miss Aruba" gözəlinə veriləcəyi də deyilmişdi.

13.Porno filmə çəkildi

 

2011-ci ildə "Best Model of Turkey" müsabiqəsində Tuğba Melis Türk birinci seçildi. Buna əsəbləşən bir qadın Tuğba Melisin porno filmə çəkildiyini iddia etdi.

Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO

Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO

Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO

Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO

Gözəllik Müsabiqələrindəki Qalmaqallar-FOTO


28 dekabr 2018
GO BACK