Qadin.NET / Di Kaprio evini satır - FOTO

Di Kaprio evini satır - FOTO

Di Kaprio evini satır - FOTO


Amerikalı aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio ilk evini satır.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, aktyor bu evi 1999-cu ildə, "Titanik" filmindəki baş rola görə aldığı qonorar hesabına əldə etmişdi.

Lors-Anceles şəhərinin Silver Leyk səmtində yerləşən, ispan memarlığı stilində olan evin satış qiyməti 1,749 milyon dollardır.

Aktyor bu evi 20 il əvvəl 772 min dollara almışdı. Evdə sonradan genişmiqyaslı, əsaslı təmir işləri görülüb.

1931-ci ildə tikilmiş 330 m2 sahəli malikanədə 4 yataq otağı, 4 vanna, lift, fransız qapılar və tağları otağı var.

Həyətdə isə 602 m2 sahəli hovuz mövcuddur.

Di Kaprio evini satır - FOTO


28 dekabr 2018
GO BACK