Qadin.NET / Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO

Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO

Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO


Əsl ad və soyadı Ametist Ameliya Kelli olan avstraliyalı müğənni İqqi Azaliya sosial şəbəkələrdə sərt tənqid olunur. Səbəb onun Braziliyadakı konsertində baş vermiş olaydır.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 28 yaşlı müğənni "Black Widow" mahnısını ifa edərkən səhnədəki rəqqasələrdən biri huşunu itirib.

İ.Azaliya arxasında yerə yıxılmış rəqqasəni görəndə tamaşaçılara səslənərək "Biriniz həkim çağırın!" deyib.

Bundan sonra o, ifasını davam etdirib. 20 saniyə sonra isə konsertin səs rejissoru İ.Azaliyanın mikrofonunu söndürüb, fonoqram dayandırılıb.

Huşunu itirmiş rəqqasəyə təcili tibbi yardım göstərilib.

Tamaşaçılar olayın videogörüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Qalmaqal qopub, İqqi Azaliya sərt tənqid olunub, hətta onu "gönüqalın", "manyak", "hissiyatsız insan" adlandırıblar.

İ.Azaliya İnstagram profilində bir neçə paylaşım edərək öünə bəraət qazanmağa çalışıb, rəqqasənin durumunun yaxşı olduğunu yazıb.

"Səhnədəki işıq, səs, bir də aktiv hərəkətlər onun huşunu itirməsinə səbəb oldu. Vəziyyəti indi əladır. Narahat olmayın", - Azaliya yazıb. Bu açıqlamalar sosial şəbəkə istifadəçilərini daha da hiddətləndirib.

Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO

Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO

Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO


28 dekabr 2018
GO BACK