Dekabrın 27-si gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyədək aşağı düşüb.
Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 10 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb
Qusarın rayon mərkəzində qarın hündürlüyü 7 santimetrə çatır.
Hazırda qar Quba, Qusar və Xızı rayonları ərazisinə yağmaqda davam edir.