Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
agirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərindən parçalar söyləyib və mahnılar ifa ediblər.
Qeyd edək ki, abidənin müəllifi heykəltəraş Teymur Qəribovdur.