Türkiyənin Hüriyyət qəzetinin jurnalisti Cengiz Semercioğlu bugünkü yazısında Bülənt Ərsoyun pulunu ala bilmədiyi sahibkarın başqa bir restoranına hücum etdiyini iddia edib.
Qadin.Net ölkə.az-a istinadən Semercioğlunun köşə yazısındakı "Diva" ilə bağlı olan hissəni təqdim edir:
"Ötən həftə Ataköydəki restoranda necə olubsa pulunu nağd almadan səhnəyə çıxıb və proqramı bitdikdən sonra dərhal pulunu tələb edib. Məkan sahibləri onsuz da pulu verməlidirlər. Çünki hazırda gecə həyatının ən güclü "oyunçularından" biridirlər. Hazırda iş görən, restoranları dolduran kimlər varsa, mütləq onların məkanlarında səhnəyə çıxıb. Bu günə qədər heç kimdən ödəmə ilə bağlı şikayət eşitmədik. Amma Bülənt xanıma fərq etməz, qarşısında Mərkəzi Bank olsa da, səhnədən düşən kimi pulunu istəyər.
O gecə ödəməni etməyiblər. Nağd pul və ya səlahiyyətli şəxs olmadığı üçünmü bilmirəm. Bülənt xanın aləmi vurub bir-birinə ki, tez olun pulumu gətirin. Nəticə olmadıqda isə avtomobilinə oturub, sahibkarın digər restoranına gedib. Məkana hücum edib yəni. Qışqırıb-bağırıb ki, pulumu verin. Sonda pulunu son qəpiyinə kimi aldıqdan sonra evinə gedib. Pulu aldıqdan sonra əminəm ki, oturub bir qədəh də içib, heç olmamış kimi məkan sahibləri ilə söhbət də edib".