Portlend sakini Kolin Obreydi indiyədək mümkünsüz sayılan Antarktida səyahətini uğurla başa vurub. O, tarixdə ilk dəfə olaraq xizəklə təkbaşına Antarktidanı keçib.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, 32 yaşlı amerikalının səyahəti noyabrın 3-də başlayıb. O, 54 gün ərzində 1,5 min kilometr məsafə qət edib.
Səyahətin məqsədi Antarktidanı heç bir kömək almadan təkbaşına keçmək olduğundan o özü ilə xizəkdə 170 kiloqram ləvazimat da daşıyıb. Obreydi bəzən sürəti saatda 48 kilometrə çatan küləyə qarşı getməli olub.
2016-cı ildə Antarktidanı təkbaşına piyada keçmək istəyən britaniyalı Henri Uorsli hədəfinə 50 kilometr qalmış səfərini dayandırmış və sonradan orqanizminin zəifləməsi səbəbindən xəstəxanada vəfat etmişdi.