Qadin.NET / Sindi Krouford Sakinlərin Borcunu Ödədi

Sindi Krouford Sakinlərin Borcunu Ödədi

Sindi Krouford Sakinlərin Borcunu Ödədi


Məşhur model Sindi Krouford və əri Rendi Qerber Yeni il ərəfəsində ibrətamiz addım atıblar.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, cütlüyün fikrinə əsasən, bu il hamının xoşbəxt Milad bayramı keçirmək haqqı var və onlar borcu olan şəxslərin borcunu ödəyiblər.

Musiqiçi Kid Rok və komediya ustası Tayler Perri də onları bu işə ilhamlandırıblar. Kid və Tayler "Walmart" mağazalar şəbəkəsində alıcıların əvəzinə 500 min dollar ödəniş ediblər.

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsində müştərilər istədikləri malı alıb sonradan ödəniş edə bilərlər. Amma ödəniş bitdikdən sonra malı təhvil almaq mümkündür. Belə əməliyyat xüsusən də bayramlarda daha populyar olur.

Sindi və əri isə Kompton şəhərindəki mağazada müştərilərin bütün borclarını ödəyiblər.

Sindi Krouford Sakinlərin Borcunu Ödədi


28 dekabr 2018
GO BACK