Uzun zamandır ekranlardan uzaq düşən aktyor Kadir Doğulu yenidən tamaşaçı qarşısına çıxacaq.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aktyor yanvarın 7-dən "Vuslat" adlı ekran işi ilə geri qayıdır.
Serialda Kadir "Əziz" obrazını canlandıracaq. "Əziz" Almaniyada doğulan, 15 yaşında Türkiyəyə köçən və sonradan ailəsinin şirkətini idarə edən xarizmatik bir obrazdır.
Ekran işinin ssenarisi Betül Yağsağan, rejissorluğu Murat Onbulana aiddir. Serialda Doğuludan başqa, Devrim Özkan, Mehmet Özgür, Ümit Kantarcılar, Pelin Uluksar, Baran Bölükbaşı, Serra Pirinç, Gamze Süner Atay, Erdem Akakçe, Özcan Varaylı, Şeyla Halis ve Gözde Kaya da rol alıblar.