Qadin.NET / Sıla nəhayət ki, AÇIQLAMA verdi

Sıla nəhayət ki, AÇIQLAMA verdi

Sıla nəhayət ki, AÇIQLAMA verdi


Keçmiş sevgilisi Ahmet Kural tərəfindən döyüldüyünü söyləməklə gündəmdən düşməyən müğənni Sıla Gençoğlu haqqında yeni iddia irəli sürülüb.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçının lesbiyan olduğu deyilir. Dərgilərdən birinə müsahibə verən Sıla haqqında dolaşan dedi-qodulara belə cavab verib:

“Hər halda, bütün bunlar bir az dikbaş olduğum, güclü olduğum üçündür. Mən lazımsız əlaqə quranlardan deyiləm. İnsanlar Sıla adlı qadını 12 ildir tanıyır. Solo ifaçı kimi həyatda və ayaqdayam. Heç vaxt elə şeylərə ehtiyacım olmadı. Mən mahnılarımı, gördüyüm işləri paylaşan biriyəm. Hər şeyim ortada. Dedi-qodular vecimə də deyil. Lezbiyan olsam, deyərəm. Hər şeyi deyən qadın bunu söyləməz ki? Hər yerdən məni qaralamaq istəyirlər. Bir də, bizdə bacarıqlı olanlar sevilmir, ona görə elə qadınlara şər atırlar”.
27 dekabr 2018
GO BACK