Qadin.NET / Səda Sayan haqqında ŞOK İDDİA

Səda Sayan haqqında ŞOK İDDİA

Səda Sayan haqqında ŞOK İDDİA


Türkiyənin məşhur aparıcısı və müğənnisi Seda Sayan haqqında iddialar səngimək bilmir.

Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, Kanal D-də yayımlanan "2.Sayfa" verilişinə qonaq olan əvvəllər Seda Sayanın verilişində "Mülayim" adı ilə tanınan Cengiz Çimen Seda Sayan haqqında ilginc iddialar səsləndirib.

O, Seda Sayanla işlədiyi zaman cümə namazı üçün məscidə getdiyi üçün onu işdən qovdurduğunu deyib.

Bunun ardından Seda Sayan öz şəxsi İnstagram profilində bunları paylaşıb: "Namaz qılıb deyə işdən qovduran da, qovuldum deyib ağlayan da namərddir. Ayıb olsun sizə də, sizi ora çıxardıb danışdıranlara da. Sizi Allaha tapşırıram. Unutmayın ki, mənim vicdanım çox rahatdır. Gerisini siz düşünün".Seda Sayan haqqında daha bir iddianı isə onun izləyicisi xanım bildirib. O deyib ki, əlil arabası almaq üçün Seda Sayanın verilişinə çıxıblar. Verilişə gələn zaman Seda Sayan onun anasına başındakı örpəyi çıxarmağı tələb edib.

Seda Sayan buna da cavab olaraq İnstagramda "Bunu mənə sırf Seda Sayan dedi, deyə bilərsiniz? Allahdan qorxun. Gözləyirəm, yazın mənə" yazıb.

27 dekabr 2018
GO BACK