Qadin.NET / Hakan Peker vəsiyyətnaməsindən danışdı-FOTO

Hakan Peker vəsiyyətnaməsindən danışdı-FOTO

Hakan Peker vəsiyyətnaməsindən danışdı-FOTO


Məşhur türk müğənnisi Hakan Pekər vəsiyyətini açıqlayıb.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Hakan vəsiyyətində öldükdən sonra bütün mahnılarının silinməsini istəyib.

"Mən unudulmaq hüququmdan istifadə etmək istəyirəm. Hətta mən öldükdən sonra bütün mahnılarımı silsinlər", - Pekər bildirib.

Yeni albomu haqqında danışan sənətçi bildirib ki, iki il sonra musiqidən ayrılacaq. 2019-cu ildə isə Hakanın yeni albomu çıxacaq və müğənni bütün mahnılarına klip çəkdirmək istəyir. O, bundan sonra bir daha albom buraxmayacağını da deyib.

17 albom buraxan Pekər "Musiqini gözəl yerdə nöqtələmək istəyirəm. Ölənə qədər musiqi ilə məşğul olmaq, səhnədə ölmək kimi bir düşüncəm yoxdur. Fikrimcə, hər şeyin bir sonu var, özünüzə də vaxt ayırmalısınız" deyib.

Hakan Peker vəsiyyətnaməsindən danışdı-FOTO


27 dekabr 2018
GO BACK