Məşhur futbolçu və model Deyvid Bekhemin son Instagram paylaşımı müzakirələrə səbəb olub.
Qadin.Net Milli.Az -a istinadla xəbər verir ki, onun fotosunun altına yazdığı qeyd səhv başa düşülüb.
Deyvidin türk fanatları rəylərə Türkiyənin bayrağını ataraq ona təşəkkür ediblər.
Əslində isə futbolçu fotosuna "Turkey perfection" (turkey - hindtoyuğu) yazaraq hinduşka ətinin mükəmməl olduğunu demək istəyib.
Qeyd edək ki, Türkiyə sözü də ingilis dilində Turkey kimi yazılır.