Qadin.NET / 2018- ci ilin ƏN CAZİBƏDAR qadınları-FOTO

2018- ci ilin ƏN CAZİBƏDAR qadınları-FOTO

2018- ci ilin ƏN CAZİBƏDAR qadınları-FOTO


Britaniyanın "GQ" jurnalı hər il olduğu kimi bu il də dünyanın ən arzuedilən qızlarının siyahısını dərc edib.

Qadin.Net ölkə.az-a istinadən  xəbər verir ki, birinci yerə braziliyalı model layiq görülüb. Siyahını oxucularımıza təqdim edirik.

Alessandra Ambrosio

Braziliyalı supermodel çoxdan planetin kişilərinin qəlbini fəth edib. Alessandra 8 yaşı olanda model olmağı arzulayırdı. O, arzusuna çatdı.

Hanna Devis

26 yaşlı amerikalı model çimərlik paltarı və alt paltarı istehsalçılarını ovsunlayıb. Hanna peşəkar idmançı olmaq istəyirdi. Amma sonradan məşhur brendin siması olmaq təklifini aldı və model karyerasına üz tutdu.

Selena Qomes

Amerikanın sevimlisidir. Müğənni Selena həm aktrisadır, həm də UNİCEF-in könüllü səfiridir. Eyni zamanda dünyanın ən seksual qızlarından biridir.

Heyli Kloson

Moda dünyasını 15 yaşından fəth etməyə başlayıb. Fotoqraflar Heyli ilə işləməyi çox xoşlayırlar.

Ana De Armas

Kuba-ispan əsilli aktrisa bir neçə il əvvəl Hollivudu fəth edib. Məşhur jurnallardan birinin fikrinə əsasən, Ana ideal xarici görünüşə sahibdir.

Priyanka Çopra

Hind kinosunun ulduzu Priyanka 18 yaşlı olanda "Dünya gözəli-2000" müsabiqəsinin qalibi olub. Priyankanın səsi də var və xeyriyyəçiliklə də məşğul olur.


27 dekabr 2018
GO BACK