Qadin.NET / Vulkan püskürməsi və zəlzələ eyni gündə yaşandı

Vulkan püskürməsi və zəlzələ eyni gündə yaşandı

Vulkan püskürməsi və zəlzələ eyni gündə yaşandı


İtaliyanın Siciliya adasında Rixter şkalası ilə 4,8 bal gücündə zəlzələ olub.

İki gün əvvəl püskürməyə başlamış Etna vulkanının yamaclarında, Kataniyanın şimalındakı bölgədə dağıntılar daha çoxdur.

Qadin.Net Mili.Az -a istinadən bildirir ki, onlarla ev, inzibati bina və kilsə dağılıb. 30 nəfər xəsarət alıb.

Zəlzələnin episentri 1 km dərinlikdə olub.

Etna vulkanının püskürməsindən əvvəl 10 yeraltı təkan qeydə alınıb.

Kataniya şəhərinin aeroportunda uçuşlar dayandırılıb. 3300 metr yüksəklikdəki Etna sonuncu dəfə 1992-ci ildə püskürmüşdü.

27 dekabr 2018
GO BACK