Qadin.NET / 2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI

2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI

2018-ci ildə İnstaqram-a qoşulan ulduzlar-SİYAHI


2018-ci ildə İnstaqrama 10 yeni məşhur qoşulub.

Qadin.Net ölkə.az-a istinadən, sosial şəbəkəyə biganə qalmayan ulduzların siyahısını təqdim edir.

1.Culiya Roberts

"Gözəlçə", "Özəl bir qadın", "Ən yaxşı dostumun toyu" kimi filmlərin ulduzu Culiya 2018-ci ilin iyul ayında İnstaqrama qoşulub. Hazırda 4.1 milyon izləyicisi var. Aktrisa Penelopa Kruz və Emma Robertsi izləyir.

2.Natali Portman

"Leon" filmində yaratdığı Matilda obrazı ilə məşhurlaşan Natali də İnstaqram-a gec qoşulanlardandır. 2018-ci ilin yanvar ayında açdığı səhifənin 3.4 milyon izləyicisi var. Aktrisa Leonardo Di Kaprio, Beyons və Barak Obamanı, NASA və UNESCO-nu izləyir.

3.Tom Kruz

"Çətin tapşırıq" filmi ilə daha da məşhurlaşan Tom Kruz da İnstaqrama yanvar ayında qoşulub. 2.8 milyon izləyicisi var. Çəkiliş meydançası və filmdən fotolar paylaşır. Ben Stiller, Robert Dauni, Kemeron Diaz və Cimmi Fellonu izləyir.

4.Nikol Kidman

Keçmiş əri Tom Kruz kimi Nikol da İnstaqram-a gec qoşulub. O, yanvar ayında səhifə açıb. 2.7 milyon izləyicisi olan gözəl aktrisa Sindi Krouford, Ledi Qaqa, Teylor Svift, Zak Efron, Hyu Cekman kimi məşhurları izləyir.

5. Co Bayden

ABŞ Senatı sədrinin keçmiş müavini Co Bayden "İnstaqram üçün heç vaxt gec deyil" deyib 76 yaşında səhifə açdı. 1.1 milyon izləyicisi var. Siyasətçiləri izləyir. Musiqi dünyasından isə Ledi Qaqanın izləyicisidir.

6.Ceyk Cillenhaal

Ceyk dekabr ayında səhifə açıb. 1.1 milyon izləyicisi var. Anna Hatauey, Bleyk Liveli və Adam Levini izləyir.

7.Şahzadə Yevgeniya

Şahzadə Endryu və Sara Ferqyusonun kiçik qızı York şahzadəsi Yevgeniya mart ayında səhifə açıb. 627 min izləyicisi var. Müğənni Elle Quldinqi izləyir.

8.Makaley Kalkin

"Evdə tək"filminin qəhrəmanı Makalay 38 yaşında İnstaqram-a qoşulub. Mart ayında səhifə açan aktyorun 595 min izləyicisi var. Emiliya Klerklə yanaşı 24 nəfəri izləyir.

9.Demi Mur

1990-cı illərdə "Kabus", "Striptiz", "Bir neçə yaxşı adam" kimi filmlərlə ulduzu parıldayan aktrisa 2018-ci ilin oktyabr ayında İnstaqram-a qoşulub. Keçmiş əri Mark Entonini izləmir. Sindi Krouford, Riki Martin, Eva Mendes və Entoni Hopkinsi izləyir.

 

10.Rouz Birn

2018-ci ildə İnstaqrama qoşulan ulduzlardan biri də Rouzdur. Cəmi 93 min izləyicisi var. Avstraliyalı aktrisa iyul ayında səhifə açıb. Mişel Obama, Salma Hayeki izləyir.

26 dekabr 2018
GO BACK