Vaşinqton Universitetinin tədqiqatçıları havanın zəhərli birləşmələrdən təmizlənməsi üçün genetik modifikasiya olunmuş otaq bitkisi yaradıblar.
Qadin.Net telegaraf-a istinadən xəbər verir ki, xloroform və benzol hissəcikləri standart filtrlər tərəfindən udulması üçün kiçik olduğuna görə evlərdə toplana bilər. Genetik modifikasiya olunmuş qızılı epipremnum (epipremnum aureum) öz böyüməsini dəstəkləmək üçün bu zəhərləri udur. Tədqiqatçılar insan orqanizmindən ilhamlanaraq qaraciyərdə olan və alkoqolun emalı üçün məsuliyyət daşıyan P450 2E1 sitoxrom zülalından istifadə etmək qərarına gəliblər. O, benzolu fenola, xloroformu isə karbon qazına və xlorid ionlarına çevirir. Alimlərin fikrincə, belə reaksiya bitki orqanizmində də baş verərək “bitki qaraciyəri” nümunəsi ola bilər.
Bitkilər öz mövcudluqlarını qorumaq üçün karbon qazı və xlorid ionlarından istifadə edir. Fenol vasitəsilə hüceyrə divarları üçün komponentlər sintezləşdirilir. Alimlər qrupu bitkilərə hər hüceyrəyə 2E1 zülalını ekspressiya etməyə imkan verən sintetik gen yeridib. Daha sonra ekspertlər tərəfindən emal edilmiş bitkilərin havanı zəhərdən necə təmizləməsi yoxlanılıb. Üç gün sonra modifikasiya olunmuş bitkilərin olduğu otaqda xloroformun konsentrasiyası 82 faiz azalıb, 6 günə isə yoxa çıxıb. Bundan başqa, benzolun səviyyəsi, yavaş-yavaş da olsa ( 8 günə 75 faiz), azalmağa başlayıb.