Məşhur türk modeli Didəm Soydan Sinəm Umaşla sosial şəbəkədə tutaşıb.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, Didəm heyvan dərisi üzərində foto çəkdirib və Sinəm ona "Heyvan cəsədi üzərində oturub" deyərək tənqid edib. Didəm Sinəmə "Axmaq-axmaq danışma" deyərək sərt cavab verib.
Didəm Soydan bir markanın reklamı üçün heyvan dərisi üzərində foto çəkdirib. Sinəm Umaş isə "Bir heyvan meyitinin üzərində oturmaq sənin kimi birinə yaraşmır. Bir az hissiyatlı ol, 2020-ci ildir" deyərək tənqid edib.
Umaşın tənqidinə isə Didəm "Heyvan cəsədi? Axmaq-axmaq danışma, şirin qız" deyərək cavab verib.