Sıla Gençoğlu sevgilisi Ahmet Kural tərəfindən döyüldüyünü deyərək, məhkəməyə müraciət edib. Aktyorun 5 il həbsi istənilib. Sıla ilk dəfə baş verənlərlə bağlı sualları cavablandırıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçı danışmaqdan çəkinmədiyini bildirib:
"Danışmaqla bağlı çox düşündüm. Polisə "gedim-getməyim" deyə, özümə çox suallar verdim. Kənardan hadisəni izləmək başqadır, onun içində olmaq fərqli. Özəl həyatımı ailəmə danışmağı sevmirəm. Amma bunu atama və anama dedim. Özümü ölü kimi hiss edirdim. Bütün ailəm başıma gələnləri öyrəndi və dəstək oldu. Qadının arxasında ailəsinin olması böyük dəstəkdir. ilk hadisəni onlara telefonda dedim. Sonra üzümü görəndə hər şeyin daha ciddi olduğunu gördülər.
Xalam həkimdir, İtaliyadan gəldi. Bədənim məhv olmuş halda idi. onun vurduğu yumruqların izi təkcə qolumda yox, bütün bədənimdə idi. Döyülməyim, mənim utanmağım demək deyil. 45 dəqiqə yumruq yedim. Dəhşətli hal idi. Hələ də özümə gələ bilmirəm. Davadan 5 dəqiqə əvvəl bir-birimizə "canım" deyirdik, evlənib, uşaq sahibi olmaq planı qururduq".