Qadin.NET / 2018-ci ilin ən gözəl TOYLARI-FOTO

2018-ci ilin ən gözəl TOYLARI-FOTO

2018-ci ilin ən gözəl TOYLARI-FOTO


Bu il ərzində kino, moda və musiqi dünyasının tanınmış simalarının nikah mərasimlərindən tutmuş gəlinlik seçimi və üzüyə qədər bir çox detalı müzakirə etdik. İlin sonunda 2018-ci ilin ən səs-küylü toylarını xatırlamağa dəyər.
Əminliklə demək olar ki, 2018 il sadəcə Hollivud üçün deyil, həm də Böyük Britaniya üçün çal-çağırlı olub. Şahzadə Harri ilə Meqan Marklın təmtəraqlı toyunun müzakirələri indiyədək səngimək bilmir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 2018-ci ilin ən yaddaqalan toylarından fotoları təqdim edir:
Meqan Markl və Şahzadə Harri19 may tarixində Müqəddəs Georgi kilsəsində ötən ilin ən dəbdəbəli toyu baş tutdu - 34 yaşlı şahzadə Harri və 37 yaşlı Kaliforniya aktrisası Meqan Markl evləndi. Mərasimə ümumilikdə 45 milyon 794 min 38 dollar xərləndiyi açıqlanıb.
Riki Martin və Cvan YosefYanvarın əvvəllərində məlum oldu ki, 46 yaşlı Riki Martin 33 yaşlı rəssam sevgilisi Cvan Yoseflə evlənib.
Emili Ratajkovski və Sebastyan Bir-MakklardomAçıq-saçıq görüntüləri ilə tanınan cəsur model Emili Ratajkovskinin bu ilin fevralında prodüser sevgilisi Sebastyan Bir-Makklardomla rəsmi nikaha daxil olduğunu gözlənilmədən elan edib.
Qvinet Peltrou və Bred FelçakSentyabrın sonunda 46 yaşlı Qvinet Peltrou 47 yaşlı prodüser Bred Felçakla ər və arvad oldu.
Kit Harinqton və Rouz LesliDünyanın ən məşhur seriallarından biri olan, izləmə rekordu qıran "Game of Thrones"un qəhrəmanları Kit Harinqton ilə Roz Lesli iyunda ğözlərinə təmtəraqlı toy edib. Aktyorların nikahı Şotlandiyanın şimali-şərqində yerləşən Rayn kilsəsində baş tutub.
Riçard Gir və Aleksandra Silva68 yaşlı Riçard Gir 35 yaşlı sevgilisi Aleksandra Silva ilə aprelin əvvəlində rəsmi nikaha girib. Cütlüyün dini mərasimi buddizm qaydalarına əsasən baş tutub.
Vensan Kassel və Tina KunakiFransalı aktyor Vensan Kassel avqustun sonunda 21 yaşlı model Tina Kulaki ilə ailə həyatı qurub. Monika ilə 14 evli olan aktyor modellə 2015-ci ildə tanış olub.
Castin Bieber və Heyli BolduinSelena Qomezlə uzun müddət eşq yaşayan 24 yaşlı müğənni Castin Biber payızın əvvəllərində məşhur model Heyli Bolduinlə münasibtələrini rəsmiləşdirib.
Karli Kross və Joşua Kaşner"Viktoriya Sekret" markasının modeli olan Karli Kloss oktyabrda ABŞ prezidenti Donald Trampla qohum olub. Belə ki, o, Trampın qızı İvankanın həyat yoldaşı və Trampın məsləhətçisi Jared Kaşnerin kiçik qardaşı Joşua Kaşnerlə evlənib.
Haftor Bernsson və Kelsi Xenson"Planetin ən güclü adamı" kimi tanınan 29 yaşlı aktyor Haftor Bernsson oktyabrda 28 yaşlı sevgilisi Kelsi Xensonla evlənib. Bu cütlük aralarındakı boy fərqi ilə yadda qalıb.
Priyanka Çopra və Nik Cones36 yaşlı aktrisa Priyanka Çopra ilə 25 yaşlı musiqiçi Nik Cones bu ilin yazında öz romanı haqqında xəbərlərlə hər kəsi təəccübləndirdi. Bir neçə ay sonra aralarında 11 yaş fərqi olan cütlüyün toy xəbərləri gəldi.Hindistanın 36 yaşlı məşhur aktrisası Priyanka Çopra və 25 yaşlı amerikalı müğənni Nik Conas bu ilin yazında öz romanı haqqında xəbərlərlə hər kəsi təəccübləndirdi. 4 ay nişanlı qalan cütlüyün toy mərasimləri həm hind, həm də xristian ənənələrinə uyğun olan keçirilib.
Şahzadə Yevgeniya və Cek BruksbankKraliça İkinci Elizabetin nəvəsi şahzadə Yevgeniya Cek Bruksbankla evlənib. Toy mərasimində bir çox tanınmış simalarla yanaşı Britaniya kral ailəsinin üzvləri də iştirak edib. Onlar arasında may ayında həmin sarayda evlənən şahzadə Harri və onun həyat yoldaşı Meqan da olub.
Marta Orteqa və Karlos TorrettaPlanetin ən varlı adamı, "Inditex Group"unun sahibi Amansio Orteqanın 34 yaşlı qızı Marta Orteqa bu ilin noyabrında sevgilisi Karlos Torrettaya ərə gedib.
Kventin Tarantino və Daniela PikHeç vaxt evli olmayan 55 yaşlı amerikalı məşhur rejissor Kventin Tarantino ilk dəfə İsrailin 35 yaşlı tanınmış müğənnisi Daniela Piklə ailə qurub. Cütülüyün toyu Los-Ancelesdə baş tutub.
Dipika Padukone və Ranvir SinqxUzun müddətdir sevgili olan Hindistanın məşhur aktyorları Dipika Padukon və Ranvir Sinqx 14-15 noyabr təmtəraqlı toy mərasimləri ilə ilin ən yaddaqalan cütlüyü siyahısına daxil olub.
Semuyel Benşetri və Vanessa ParadiConni Deppdən hay-küylü ayrılıqdan altı il sonra aktrisa Vanessa Paradi 45 yaşlı rejissor Semuyel Benşetriyə ərə gedib. Bu, Vanessanın birinci rəsmi nikahıdır, o, Depplə qeyri-rəsmi nikahda yaşayıb.
Kyara Ferrani və Federiko LyuçiaMartda oğul anası olan fəşn-bloger Kyara Ferrani musiqiçi sevgilisi Federiko Lyuçia ilə münasibətlərini sentyabrda rəsmiləşdirib. Onların nikah mərasimini ilin ən zərif toyu adlandırmaq olar. Siciliyanın təmtəraqlı mehmanxanasında baş tutan toyda cütlüyün 6 aylıq oğlu da iştirak edib. 
2018-ci ilin ən gözəl TOYLARI-FOTO

2018-ci ilin ən gözəl TOYLARI-FOTO

2018-ci ilin ən gözəl TOYLARI-FOTO


25 dekabr 2018
GO BACK