Müğənni İdo Tatlısəsin ailə quracağı haqda iddialar yayılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sevgilisi Yasemin Şefkatli ilə yeni barışan İdo bu barədədanışıb. O, barışdıqları üçün sevindiyini deyib:
“Barışmağımıza sevinirəm. Yaxşı şeylər düşünürük. Evlilik barədə də fikirləşmişik. Amma hələ təklif etməmişəm”.
Qeyd edək ki, İdo və Yasemin bir müddət eşq münasibəti yaşasa da, sonradan ayrılmışdı. Cütlük 2 aydır yenidən barışıb.