Domenik Palambo və Eliza Kuk gənc ailədir. Onlar illər əvvəl evlərini, maşınlarını satdılar, 1972-ci ildə buraxılmış Volkswagen Westfalia Camper modelli "van" avtomobili aldılar və səyahətə çıxdılar.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, avtofurqonda dolaşan avstraliyalı hipster ər-arvad olduqları məkanların, yaşamlarının fotolarını İnstagram profilində paylaşmağa başladılar.
Profil çox qısa zamanda populyarlaşdı və ind 314 min daimi təqibçiyə malikdir.
İnstagram-da populyarlıq hesabına külli miqdarda pul qazanmış ər-arvad indi milyonçudurlar. Onlar əldə etdikləri gəlirlər hesabına "Down The Rabbit Hole" adlı şərab istehsalına da başlayıblar.