Yeni il öncəsi azyaşlı övladları olan ailələrin çoxu hədiyyə almaq baxımından xeyli stress keçirirlər. Bəziləri maddi sıxıntılara, bəziləri isə sırf nə alacağını bilmədiyinə görə narahat olurlar. Hətta, ümumiyyətlə, övladlarına hədiyyə almayan valideynlər belə var.
Stressin ən böyüyünü İngiltərədəki Sue Radford ailəsi keçirir. İngiltərənin Lankaşir qraflığının Morkemb rayonunda yaşayan qadın 21 dünyaya övlad gətirib. Qadın ömrünün 811 həftəsini hamilə olaraq keçirib.
O, uşaqlara verəcəyi hədiyyələr barədə danışaraq bildirib ki, onlara 100-200 fund-sterlinqlik hədiyyələr alacaq.
"Görünür ki, ümumi 5000 sterlinqə qədər xərcimiz çıxacaq. Övladlarımdan ikisi onlara yeni ildə pleysteyşn almağımızı istəyir", - deyə Sue söyləyib.
O bildirib ki, hədiyyələrin hazırlanmasına avqust ayından başlayıblar.
Onun ərinin 47 yaşı var və çörəkçidir.
Qeyd edək ki, Suenin ilk övladı 14 yaşındaykən dünyaya gəlib.