Qadin.NET / 5 yaşlı uşaq dağıntılar altından xilas oldu-12 SAAT SONRA

5 yaşlı uşaq dağıntılar altından xilas oldu-12 SAAT SONRA

5 yaşlı uşaq dağıntılar altından xilas oldu-12 SAAT SONRA


İndoneziyadakı dəhşətli sunaminin viran qoyduğu şəhərdəki xarabalıqlar altından 5 yaşlı oğlan çıxarılıb. O, 12 saat sərasər dağıntıların altında qalmışdı.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, sunami nəticəsində 281 nəfər həlak olub, 800 nəfər yaralanıb.

"Krakataunun övladı" adlı vulkanın püskürməsi nəticəsində yaranan 6 metr hündürlüyündə dalğa Zond boğazında sunamiyə səbəb olub.

Yava və Sumatra adaları arasındakı sunami 500 evi, 9 oteli, 60 dükanı və 350 qayığı darmadağın edib.

Balaca Əli sunaminin kökündən çıxarıb aşırdığı ağacların altında qalıb xurd-xəşil olmuş maşında idi.

Polislər uşaq səsi eşidəndə ağacların olduğu səmtə gediblər. Polis zabiti Əlini görəndə xilasetmə işləri başlanıb.

Xilas edilmiş Əli qorxusundan ağlayırdı.

5 yaşlı uşaq dağıntılar altından xilas oldu-12 SAAT SONRA


24 dekabr 2018
GO BACK