Qadin.NET / Ən SOYUQ ad FEVRAL olacaq

Ən SOYUQ ad FEVRAL olacaq

Yüzillik meteoloji müşahidələrə görə, dekabr ayında 1961-1990-cı illərdə ən aşağı temperatur Bakı üçün mənfi 4.6 dərəcə idi, son illərdə bu rekord təzələnib 5.5 dərəcə olub. Ümumi istiləşmə fonunda rekord şaxtalar ayrı-ayrı illərdə qeydə alınır. Fevral ayında ən aşağı temperatur 1969-cu ildə olub - mənfi 9.6 dərəcə, 2012-ci ildə bu göstərici yenilənib və mənfi 11 dərəcə olub. Bu, fevral ayı üçün rekord göstəricidir. Yanvar ayı nisbətən mülayimləşdiyinə görə belə soyuq qeydə alınmayıb".Onun sözlərinə görə, son onilliklərdə iqlimdə baş verən dəyişmələrin hamısını qlobal iqlim dəyişmələri problemi ilə əlaqələndirirlər:"Dünyada hidreometorologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, qış fəslində şimal yarımkürəsində minimal temperaturun yüksəlmə tempi artır, şaxtalı günlərin sayı azalır. Azərbaycanda aparılan tədqiqat işləri də ölkəmizdə də bu tendensiyanın müşahidə edildiyini deməyə əsas verir. Ümumi istiləşmə fonunda ən soyuq ay artıq fevral ayı hesab edilir".
24 dekabr 2018
GO BACK