Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki kofe dəmləyən aparatda qısa qapanmanın baş verməsi səbəbindən Hamburq şəhərində təcili eniş edib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, bu barədə aviaşirkətin nümayəndəsinə istinadən DPA məlumat yayıb.
Bildirilir ki, təyyarə Danimarkanın Billunn şəhərindən Frankfurta uçurmuş.
Məlumata görə, uçuş zamanı heyət üzvləri göyərtə mətbəxində yanıq iyi hiss ediblər. Bu səbəbdən hava gəmisinin komandiri Hamburq aeroportunda eniş etmək barədə qərar qəbul edib.