Qadin.NET / KƏBƏnin qapısının sirri açıldı

KƏBƏnin qapısının sirri açıldı

KƏBƏnin qapısının sirri açıldı


Kəbənin ilk tikildiyi dövrlərdə iki qapısı və iki girişi var idi. Həmin qapıların hündürlüyü təxminən Kəbənin 18 daş ölçüsünə bərabərdir. Bilindiyi kimi Kəbə evinin dörd küncü vardır və bu künclərə rükn deyilir. Hər bir rüknun öz adı var və bu adlar onların istiqamətləndiyi ölkələrə uyğun olaraq qoyulmuşdur. İkinci qapı Yəmən rüknu tərəfdə indiki qapı ilə əks istiqamətdə yerləşirdi. Keçmişdə Məkkədə baş verən güclü sel nəticəsində Kəbənin bir hissəsi dağıldı. Bu hadisədən sonra Məkkədə məskunlaşmış qəbilələr dörd hissəyə bölünərək Kəbəni yenidən bərpa etməyə başladılar. Qureyş qəbiləsi bu işə rəhbərlik etdi və Muhəmməd peyğəmbər təxminən 35 yaşında ikən (miladi təqvimlə 605-ci ildə) onlarla birlikdə bərpa işlərində yaxından iştırak etdi. Beləliklə də, o zaman Kəbəni yenidən bərpa edən qureyşlilər əvvəllər tikilmiş ikinci qapını bağladılar. Onlardan biri indiki yerində, digəri isə Kəbənin əks istiqamətində qərb divarında yerləşirdi.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, həmçinin, Qureyş qəbiləsi bərpa işlərini apararkən Kəbənin qapısını hündürə qaldırmağa qərar verdilər. Rəvayət edilir ki, bir gün Qureyş qəbiləsinin müşrik yaşlılarından olan Əbu Huzeyfə ibn Muğira öz qövmünə belə demişdir: "Ey qövmüm, Kəbənin qapısını yerdən hündürə qaldırın ki, ora girmək istəyənlər pilləkənlə qalxaraq daxil olsunlar. Bu zaman yalnız sizin izninizlə ora daxil ola biləcəklər, icazəniz olmadan isə ora heç kim daxil ola bilməyəcək. Kimsə sizdən icazəsiz və ya sevmədiyiniz bir kəs ora daxil olmaq istəsə, onu oradan itələyərək yerə yıxın. Qureyşlilər Əbu Huzeyfə ibn Muğiranın dediklərini həyata keçirtdilər. Beləliklə də, Kəbəyə gələnlər üçün ora daxil olmaq çətinləşdi". (əl-Məvaridi "Əhkam əs-Sultaniyyə", səh. 165).
Həmçinin, Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) Kəbənin qapısının yerdən hündür olmasının səbəbini soruşduqda, o belə demişdir: "Bunu sənin qövmün etmişdir və bu, ona görədir ki, ora yalnız onların (Qureyş qəbiləsinin) istədikləri şəxslər daxil olsunlar, istəmədikləri isə daxil ola bilməsinlər". (İmam ən-Nəvəvi "Səhih Muslimin Şərhi" kitabı, 9/96).

Uca Allah bəzi yerləri digər yerlərdən daha üstün etmiş, Kəbəni isə Öz Evi olaraq yer üzərində seçmişdir. O, öz sevimli dostu İbrahim peyğəmbərə Qədim Kəbə evini indiki Məkkə şəhərində inşa etməyi əmr edərək buyurur: "Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: "Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!"- demişdik. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər. Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içinti olan yoxsullara da yedirdin! Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər. Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar." (əl-Həcc surəsi, 26-30).

23 dekabr 2018
GO BACK