Qadin.NET / Özbəkistan prezidentindən İDMAN fərmanı

Özbəkistan prezidentindən İDMAN fərmanı

Özbəkistan prezidentindən İDMAN fərmanı


Özbəkistanın dövlət təşkilatlarının əməkdaşları bundan sonra hər gün iş yerində gimnastika ilə məşğul olacaqlar.

Qadin.Net AzərTac-a istinadən bildirir ki, Özbəkistan prezidentinin imzaladığı fərmana əsasən dövlət qurumları həftədə bir gün "Sağlamlıq günü" keçirməlidirlər.

Həmin gün əməkdaşlar qaçış, üzgüçülük, futbol, basketbol, tennis və s. kimi fiziki-kütləvi tədbirlərdə iştirak etməlidirlər.

Sənəddə bildirilir ki, bundan sonra dövlət qurumları öz aralarında mütəmadi olaraq müxtəlif yarışlar keçirməlidirlər.

23 dekabr 2018
GO BACK