Braziliyalı supermodel Adriana Limanın türkiyəli yazar Metin Hara ilə ayrıldıqdan sonra başqa kişi ilə sevgili olduğuna dair xəbər yayılıb.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, 37 yaşlı model sükutu pozaraq Türkiyə KİV-nə səslənib.
"Heç tanış olmadığım biri ilə sevgili olduğumla bağlı yalan xəbərlər yazan Türkiyə mətbuatına səslənirəm. Gerçək olmayan məlumatlar yazmaqdan əl çəkin. Yetər", - deyə Adriana bildirib.