Aktrisa Sandra Ballok keçmiş həyatı ilə bağlı etiraflar edib.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, aktrisa hazırda fotoqraf Brayan Rendalla görüşsə də, bunu gizli saxlamağa çalışır.
Ellen Deçeneresin tok-şousunda qonaq olan Sandra 1994-cü ildə lentə alınan "Sürət" filmi barədə açıqlamalar verib. O, bildirib ki, çəkilişlər zamanı Kianu Rivzlə tanış olub və ona aşiq olub:
"Kianu yaraşıqlı idi. Onun yanında ciddi qalmaq çox çətin idi. O, mənə baxanda məni gülmək tuturdu. Amma Kianu mənə çəkiliş meydançasında çox kömək edib. Çox qısa paltarda idim və külək əsən kimi ətəyim qalxırdı. Mən də Kianudan xahiş etdim ki, ətəyimin yuxarı qalxmasına imkan verməsin. Rivz bunu yerinə yetirdi.
Ona aşiq olsam da, heç vaxt görüşmədik. Yəqin Rivzi bundan saxlayan nəsə var idi. Digər tərəfdən, bunun hesabına yaxşı dost qaldıq".