Kıvanç Tatlıtuğla bağlı daha bir iddia ortaya atılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bir neçə gün əvvəl haqqında "Yaxşı görünsün deyə, itinin qulaqlarını kəsib" sözləri yayılan aktyor bu dəfə də qalmaqaldan qaça bilməyib.
İndi də onun pişiyini pul qarşılığında satdığı deyilib. Bunun üçün Tatlıtuğ 3 min dollar pul alıb. Kıvançın bu iddiaya nə cavab verəcəyi bəlli deyil. Heyvanları çox sevdiyini deyən aktyoru sosial şəbəkədə tənqid ediblər.