Yola salmağa hazırlaşdığımız il bəzi məşhurlara düşərli olsa da, bəzilərinin bu ildə heç bəxti gətimədi.
Qadin.Net axşam.az-a istinadən 2018-ci ildə boşanan tanınmışların siyahısını təqdim edir:
Acun Ilıcalı və Şeyma Subaşı - ötən il ailə quran cütlük cəmi 14 ay evli qaldı.
Mustafa Sandal ilə Emina Yahovic - 10 illik evlilik bu il bitdi. Cütlüyün iki oğlu var.
Qonca Vuslateri və Edip Burak Ertoğan - 2005-ci ildə xarici ölkədə nikah masasına oturan cütlük bu il rəsmi olaraq ayrılıb.
Tuba Ünsal və Mirgül Kabas - 2013-cü ildə Almaniyada ailə qurublar. 5 illik evlilikdən sonra bu il boşanıblar. Onların Civan Mert Kabas adında bir oğlu var.
Hande Ataizi və Benjamin Harvey - 2012-ci ildə ailə quran cütlük bu ilin martında ayrılıb.
Demet Akalın və Okan Kurt - 6 illik evlilik bir neçə dəqiqədə sona çatdı. Cütlük bu yaxında barışıb.