Qadin.NET / 2019-cu ilin TƏTİL GÜNLƏRİ

2019-cu ilin TƏTİL GÜNLƏRİ

 


Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 19-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun". 

20 dekabr 2018
GO BACK